Kanadanın tanınmış kibersport təşkilatı Luminosity Gaming, yeddi illik fasilədən sonra “Counter-Strike” səhnəsinə geri döndüyünü elan edib.
Klub Ukraynanın Monte təşkilatının dörd oyunçusunu transfer edib. Bu satınalma nəticəsində “Luminosity” təkcə heyəti deyil, həm də “Monte”yə məxsus olan Valve-ın qlobal reytinqindəki 17-ci pilləni də rəsmən öz adına keçirib.
Təcili debüt və heyətdəki dəyişikliklər
Yeni heyətin uyğunlaşma üçün çox vaxtı olmayacaq. Komanda elə bu gün Çində təşkil olunan XSE Pro League 2026 turniri çərçivəsində “Nemesis” kollektivinə qarşı debüt matçına çıxmalıdır.
Komandanın kapitanı rolunu braziliyalı Lukas “lux” Meneqini yerinə yetirəcək. O, britaniyalı Cek “Gizmy” fon Sprekelseni əvəzləyib. Şayiələrə görə, “Gizmy” karyerasını Şimali Amerikanın “100 Thieves” klubunda davam etdirməyə yaxındır. “Monte” oyunçularının müqavilə müddətləri başa çatmaq üzrə olduğu üçün onlar klub rəhbərliyi ilə razılaşaraq karyeralarında yeni səhifə açmaq qərarına gəliblər.
“Luminosity Gaming”-in yeni CS2 heyəti:
- Lukas “lux” Meneqini (Braziliya) — Kapitan
- Aurimas “Bymas” Pipiras (Litva)
- Oskar “AZUWU” Bell (Böyük Britaniya)
- Orelien “afro” Drapye (Fransa)
- Aleks “Rainwaker” Petrov (Bolqarıstan)
Tarixi miras “Luminosity Gaming” Counter-Strike tarixində dərin iz qoymuş klublardan biridir. Təşkilat vaxtilə Qabriel “FalleN” Toledonun kapitanlığı altında CS:GO üzrə ən nüfuzlu çempionatlardan biri olan MLG Columbus 2016 Meycor turnirinin qalibi olmaqla adını tarixə yazdırıb.