Playground Games “Forza Horizon 6″nın hazırlanmasını tamamladı

by Nigar Məmmədova
0 comments

“Xbox Game Studios” və “Playground Games” rəsmi olaraq “Forza Horizon 6” oyununun “qızıla getdiyini” (gone gold — oyunun yekun versiyasının tam hazır olması və kütləvi istehsala göndərilməsi) elan edib. Bu o deməkdir ki, layihə üzərindəki əsas işlər yekunlaşıb və oyunun çıxış tarixinin təxirə salınma ehtimalı artıq minimumdur.

Tərtibatçılar oyunsevərləri belə bir müraciətlə qarşılayırlar: “550-dən çox real avtomobilin sükanı arxasında Yaponiyanın heyranedici mənzərələrini kəşf edin və Horizon festivalının əsl əfsanəsinə çevrilin. Yola bir turist kimi başlayaraq Yaponiya mədəniyyəti və musiqi hitləri ilə yaxından tanış olun… Horizon əfsanəsi olmaq yolunuz elə indi başlayır. Yaponiya sizi gözləyir!”

Oyunun təsvirinə əsasən, istifadəçiləri Yaponiyanın geniş açıq dünyası, 550-dən çox lisenziyalı avtomobil, evlərin və qarajların fərdiləşdirilməsi üçün genişləndirilmiş imkanlar, həmçinin yeni sosial aktivliklər və “EventLab” alətləri gözləyir.

“Forza Horizon 6″nın rəsmi çıxışı 19 may 2026-cı il tarixinə planlaşdırılıb. Oyun PC və “Xbox Series X/S” platformalarında satışa çıxacaq, həmçinin ilk gündən “Xbox Game Pass” abunəçiləri üçün əlçatan olacaq. Qeyd edək ki, layihənin bir müddət sonra “PlayStation 5” konsolu üçün də buraxılacağı təsdiqlənib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın