Riot Games “Wild Rift” və NBA əməkdaşlığını elan etdi

by Nigar Məmmədova
0 comments

Mobil MOBA oyunu League of Legends: Wild Rift, dünyanın ən nüfuzlu basketbol liqası olan NBA ilə irimiqyaslı krossoverə hazırlaşır. Bu barədə yaxınlaşmaqda olan buraxılışın ilk görüntülərini yayımlayan Sheep Esports portalı məlumat paylaşıb.

Bu əməkdaşlıq çərçivəsində tərtibatçılar populyar çempionlar üçün hər biri kult basketbol klublarına həsr olunmuş üç yeni limitli skin (görünüş) təqdim edəcəklər:

  • Lakers Myth Darius — Darius üçün “Los-Anceles Leykers” komandasının rəsmi rənglərində hazırlanmış tematik skin.
  • Celtics Legend Mordekaiser — Mordekaiser üçün “Boston Seltiks” üslubunda dizayn edilmiş görünüş. Onun geympleyindən paylaşılan ilk kadrlar klubun doğma yaşıl rənglərini və xüsusi vizual effektləri nümayiş etdirir.
  • Warriors Glory Jarvan IV — Jarvan IV üçün “Qolden Steyt Uorriors” klubundan ilhamlanaraq ərsəyə gətirilmiş skin.

Rəsmi anons yaxın vaxtlarda gözlənilir

İlk promo materiallar ilkin olaraq Çinin məşhur Weibo platformasında peyda olub. Oyundaxili kosmetik məzmunun qlobal bazarda dəqiq çıxış tarixi və skinlərin qiyməti hələlik açıqlanmayıb. Bununla belə, Riot Games-in yaxın vaxtlarda rəsmi və genişmiqyaslı anonsla çıxış edəcəyi gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın