ESL Challenger Katowice 2024 üzrə CS2 turnirinin təşkilatçıları qrup mərhələsinin püşkatma nəticələrini açıqladılar. Qrupların tərkibi yarışmanın sosial şəbəkələrində yayımlandı.
A qrupunda Eternal Fire, SAW, Team Falcons və B8 Esports iştirak edəcək. Türkiyə kollektivi ilk raundda Daniil “headtr1ck” Valitovun komandası ilə mübarizə aparacaq, Aleksandr “s1mple” Kostılyevin komandası isə Portuqaliyadan olan SAW ilə qarşılaşacaq.
B qrupuna isə MIBR, paiN Gaming, Monte və Legacy təyin olundu. İlk raundda Andre “drop” Abreu-nun komandası Legacy-yə qarşı oynayacaq, Sergey “DemQQ” Demçenkonun komandası isə paiN Gaming ilə üz-üzə gələcək.
ESL Challenger Katowice 2024 turniri 25-27 oktyabr tarixlərində Polşada LAN formatında keçiriləcək. Turnirin oyunları ESL studiyasında oynanılacaq. Səkkiz komanda 100 min dollar mükafat fondu və ESL Pro League Mövsüm 21-ə vəsiqə uğrunda mübarizə aparacaq.