ZywOo s1mple-dən yaxşıdır: ropz CS tarixinin ən böyük idmançısı haqqında fikrini dəyişdi

0 comments

“Vitality” komandasının oyunçusu Robin Kool Counter-Strike tarixində kimin ən böyük oyunçu olması ilə bağlı fikrini dəyişib. Altı il əvvəl estoniyalı kiberidmançı Aleksandr Kostılevı ən yaxşı adlandırsa da, hazırda fransalı snayper Matye Erboya üstünlük verir.

Robinin sözlərinə görə, ZywOo son illərdə göstərdiyi sabitlik və qazandığı uğurlar sayəsində ukraynalı kiberidmançını geridə qoymağı bacarıb.

“Düşünürəm ki, hazırda bizdə həmin nailiyyətləri və bütün mükafatları geridə qoyan ZywOo var. Son illərdə Matye aydın şəkildə səviyyəsini yüksək saxlayıb. Mənim fikrimcə, o, artıq s1mple-ı üstələyib. Altı il əvvəl s1mple haqqında deyilənlər doğru idi, lakin bu gün mən ZywOo-nun adını çəkərdim”, — deyə ropz bildirib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın