Viza problemlərinə görə Rusiya komandası BLAST SLAM VII-nin LAN mərhələsini qaçıracaq

by Nigar Məmmədova
0 comments

BLAST turnir operatoru Rusiyanın PV komandasının Danimarkanın Kopenhaqen şəhərində keçirilən “Dota 2” üzrə BLAST SLAM VII turnirinin LAN mərhələsində çıxış edə bilməyəcəyini elan edib. Rusiyalı kibersportçuların viza ilə bağlı problemləri yarandığı üçün komanda çempionatdan çəkilmək məcburiyyətində qalıb.

Pley-offda məcburi dəyişikliklər

Turnir cədvəlində yaranan boşluğu doldurmaq üçün pley-offa vəsiqə qazana bilməyən kollektivlər arasından ən yaxşı əlavə göstəricilərə sahib olan Team Liquid yarışa dəvət edilib.

Yarış cədvəlindəki digər dəyişiklik: Əvvəlcədən pley-off mübarizəsinə dörddəbir finaldan başlamalı olan BB Team, PV komandasının turniri tərk etməsindən sonra birbaşa yarımfinal mərhələsinə yüksəlib. “Liquid” isə turnirə 1/4 finaldan start verəcək və ilk matçda Team Falcons kollektivi ilə qarşılaşacaq.

Tarixlər və mükafat fondu

BLAST SLAM VII turnirinin həlledici pley-off mərhələsi 4-7 iyun tarixlərində keçiriləcək. Dünyanın ən güclü “Dota 2” komandalarının kubok uğrunda yarışacağı turnirin ümumi mükafat fondu 1 milyon dollar ($1 000 000) təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın