ZywOo Reddit Suallarını Cavablandırdı: “CS:GO Oyunun Ən Yaxşı Versiyası İdi”

0 comments

Fransalı ulduz kiberidmançı Matye «ZywOo» Erbo yeni tərəfdaşlığı çərçivəsində “Reddit” platformasının CS2 icması tərəfindən ünvanlanan sualları cavablandırıb. “Team Vitality”nin nişançısı oyun öncəsi məşqlərindən tutmuş CS:GO və CS2 müqayisəsinədək bir çox mövzuda səmimi fikirlərini bölüşüb.

“Hansı oyunu seçərdin?” sualına ZywOo hiç tərəddüd etmədən CS:GO cavabını verib:

“CS:GO, çünki məncə, mövcudluğunun son dövrlərində CS:GO həqiqətən oyunun ən yaxşı versiyası idi.”

CS:GO dövründə dominanlıq edən bir kiberidmançı üçün bu cavab təəccüblü görünməsə də, “Valve” şirkətinin aktiv şəkildə CS2-ni təşviq etdiyi bir vaxtda dünya kiberidmanının ən böyük ulduzlarından birinin bu fikri səsləndirməsi diqqət çəkir.

Oyun Öncəsi Hazırlıq Və Təzyiqlə Mübarizə

ZywOo matçlardan əvvəl cədvəldən və oyunlararası vaxtdan asılı olaraq təxminən 30–45 dəqiqə deathmatch və botlarla atışma məşqlərinə vaxt ayırdığını bildirib.

Gərginlik və təzyiq haqqında danışarkən fransalı oyunçu bunun qaçılmaz olduğunu gizlətməyib:

“Məncə, təzyiq həmişə var. Təzyiqin olmadığını deyən insanlar yalan danışırlar.”

Onun streslə mübarizə mexanizmi isə psixoloji hiylələrdən deyil, komandaya inamdan keçir. Ətrafında güclü komanda yoldaşları olduqda inamın bir-birinə ötürüldüyünü və fərdi yükün azaldığını qeyd edib.

Səhvlər və uduzulan strategiyalar barədə də realistic yanaşma nümayış etdirib:

“Səhvlər haqqında danışarkən ağır nəticələrə yol verməmək və bir şey alınmayanda özünü həddindən artıq günahlandırmamaq çox vacibdir. Bu da həyatın bir parçasıdır.”

Texniki Avadanlıq İkinci Dərəcəlidir

Kompüter göstəricilərinin fərdi ustalığa təsir edib-etmədiyi sualına ZywOo cavab verib ki, yaxşı avadanlıq yüksək FPS və ümumi oyun hissiyyatı üçün vacibdir. Lakin peşəkar karyera qurmaq istəyənlər üçün onun mesajı aydın olub: texniki avadanlıq necə oynamaq istədiyiniz və oyun zamanı özünüzü necə hiss etdiyinizlə müqayisədə ikinci dərəcəlidir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın