Esports World Cup 2026-da Tekken 8 turniri üçün slot bölgüsü məlum olub

by Nigar Məmmədova
0 comments

Esports World Cup 2026 çərçivəsində keçiriləcək Tekken 8 turniri 4-7 avqust tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutacaq. Yarışda ümumilikdə 32 oyunçu iştirak edəcək və onlar 1 milyon dollar məbləğindəki mükafat fondu uğrunda mübarizə aparacaqlar.

EWC 2025-in hazırkı çempionu Lim “Ulsan” Su Hun eyni zamanda Tekken World Tour (TWT) 2025 finallarının ilk 8-liyinə daxil olduğu üçün slot bölgüsündə müəyyən düzəlişlər edilib.

Turnir üçün slotların bölgüsü belədir:

  • Hazırkı EWC çempionu: 1 slot (Ulsan).
  • Tekken World Tour 2025 Global Finals: 8 slot.
  • EVO Japan: 4 slot.
  • EVO (Las Vegas): 4 slot.
  • EWC Last Chance Qualifier (LCQ): 4 slot.
  • Combo Breaker (TWT Master Event): 3 slot.
  • SOOP Super Tournament (TWT Master Event): 3 slot.
  • The Mixup (TWT Master Event): 3 slot.
  • Sonradan elan ediləcək: 2 slot.
Tekken 8

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın