Epic Games Fortnite turnirlərində kiberidmançıların ədalətli rəqabətini təmin etmək məqsədilə fırıldaqçılığa (çit) qarşı mübarizə tədbirlərini genişləndirib.
Fevralın 19-dan etibarən bütün fərdi kompüter (PC) istifadəçiləri oyun zamanı bərabər şəraitin yaradılması üçün Secure Boot, TPM və IOMMU texnologiyalarından istifadə etməli olacaqlar. Bu təhlükəsizlik tələbləri “battle royale” formatlı turnirlərdə iştirak edən hər bir oyunçu üçün məcburi xarakter daşıyır.
Epic Games bu addımı ilə “Activision” kimi şirkətlərin kiberidman oyunlarında tətbiq etdiyi sərt anti-çit təcrübələrini izləyir. Şirkət fırıldaqçılığa qarşı barışmaz mövqeyini davam etdirir; məsələn, 2025-ci ilin fevral ayında Morqan “RepulseGod” Bemford 2023-cü ilin FNCS turnirində çitlərdən istifadə etdiyi üçün ömürlük ban edilib.