Valve şirkəti Dota 2 üzrə ilin ən böyük turniri olan The International 2026 (TI 15) haqqında yeni təfərrüatları paylaşıb. Tərtibatçılar həm əsas çempionatın, həm də ora vəsiqə qazanmaq üçün keçiriləcək seçmə mərhələlərin dəqiq tarixlərini müəyyən ediblər.
Turnirin rəsmi cədvəli aşağıdakı kimidir:
- Açıq seçmə mərhələlər: 9–12 iyun tarixlərində baş tutacaq.
- Regional seçmə mərhələlər: 15–28 iyun tarixləri arasında keçiriləcək.
- İsveçrə sistemi üzrə qrup mərhələsi: 13–16 avqust tarixlərini əhatə edəcək.
- TI Əsas Hadisəsi (Final mərhələsi): 20–23 avqust tarixlərində reallaşacaq.
The International 2026 turniri bütövlükdə 13 avqustdan 23 avqusta qədər Çinin Şanxay şəhərində keçiriləcək. Yarışın pley-off mərhələsinə isə “Şərq” İdman Mərkəzi ev sahibliyi edəcək.