League of Legends EMEA Masters Winter 2026: EWC-yə Gedən Yeni Yol

by Nigar Məmmədova
0 comments

Sheep Esports-un yaydığı məlumata görə, EMEA Masters turniri köklü dəyişikliyə məruz qalaraq rəsmən Esports World Cup (EWC) 2026-nın seçmə sisteminə daxil edilib. Bu addım regional liqaların (ERL) qlobal ekosistemə daha sıx inteqrasiyası üçün atılıb.

Artıq komandalar Səudiyyə Ərəbistanındakı böyük turnirə dəvətlə deyil, iki mərhələli gərgin seçmələrdən keçərək vəsiqə qazanmalıdırlar.

EWC

Birinci Mərhələ: EMEA Masters Winter (9 Mart – 21 Aprel)

Bu mərhələ regional liqa komandaları (ERL) üçün ilk süzgəc rolunu oynayır. Ümumilikdə 36 komanda üç mərhələdə mübarizə aparacaq:

  1. Champions Round (9 Mart): Ən güclü 8 ERL-in çempionları üz-üzə gəlir. LFL, NLC, LES və Prime League çempionları rəqiblərini 5–8-ci yerləri tutan liqalardan seçirlər. Qaliblər birbaşa pley-offun ikinci raunduna, məğlublar isə qrup mərhələsinə düşür.
  2. Group Stage (10–15 Mart): 32 komanda 8 qrupda yarışır. Hər qrupdan yalnız bir komanda pley-offa yüksəlir.
  3. Playoffs: 12 komandalı “double-elimination” cədvəli üzrə keçirilir.
    • Vacib Qayda: LEC akademiya komandaları iştirak edə bilsə də, EWC slotuna iddia edə bilməzlər. Onlar pley-offda yüksək yer tutsa, əlavə “decider” matçı keçiriləcək.

İkinci Mərhələ: Əsas Seçmə (28 Aprel – 17 May)

EMEA Masters Winter-in ən yaxşı 2 komandası bu mərhələyə vəsiqə qazanaraq yüksək divizion — LEC komandaları ilə qarşılaşacaq.

  • İştirakçılar: 10 LEC komandası + 2 EMEA Masters finalçısı (cəmi 12 komanda).
  • Format: LEC-in ən yaxşı 4 komandası birbaşa ikinci raunda, digər 6 LEC komandası və 2 ERL təmsilçisi isə birinci raunda yerləşdirilir.

EWC 2026-ya EMEA-dan Kimlər Gedir?

Ümumilikdə regionu 3 komanda təmsil edəcək:

  1. Əsas seçmə mərhələsinin (Phase 2) finalçısı.
  2. Əsas seçmə mərhələsinin (Phase 2) ikincisi.
  3. LEC Spring Split (Bahar mövsümü) çempionu.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın