LEC 2026 Spring pley-offunun bütün iştirakçıları bəllidir

by Nigar Məmmədova
0 comments

“League of Legends” üzrə keçirilən LEC 2026 Spring çempionatında altı həftəlik müntəzəm mövsüm (regular season — turnirin bütün komandaların bir-biri ilə qarşılaşdığı ilkin mərhələsi) geridə qaldı. Nəticələrə əsasən, pley-off mərhələsində mübarizə aparacaq bütün 6 komandanın adı artıq məlumdur.

Turnir reqlamentinə görə, ilk dörd pilləni tutan kollektivlər mübarizəyə yuxarı səbətdən (upper bracket), 5-ci və 6-cı yerləri tutanlar isə aşağı səbətdən (lower bracket) başlayacaqlar. Hazırda yuxarı səbətdəki yerini rəsmən təmin edən yeganə komanda Team Vitality-dir.

Pley-offda çıxış edəcək digər iştirakçı heyəti belədir:

  • Karmine Corp
  • Natus Vincere (NAVI)
  • G2 Esports
  • GIANTX
  • Movistar KOI

Bu komandaların cədvəldəki dəqiq yerləri və hansı səbətdən başlayacaqları qrup mərhələsinin son oyunlarından sonra tam dəqiqləşəcək.

Xatırladaq ki, 28 mart – 7 iyun tarixlərində baş tutan “LEC 2026 Spring”in ən yaxşı iki kollektivi MSI 2026-ya vəsiqə əldə edəcək. Çempion isə əlavə olaraq EWC 2026 turnirində iştirak hüququ qazanacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın