VCT 2026 EMEA Stage 1 seriya tarixinin ən az izlənilən ilk mərhələsi oldu

by Nigar Məmmədova
0 comments

VCT 2026: EMEA Stage 1-in qrup mərhələsi, VCT tarixindəki bütün birinci mərhələlər arasında ən aşağı izlənmə göstəricilərini nümayiş etdirib. “Esports Charts”ın məlumatına görə, yarışın orta izləyici sayı 100 mindən aşağı düşüb.

Turnirin ümumi baxış vaxtı 8 milyon saat təşkil edib ki, bu da ötən illə müqayisədə 30% azalma deməkdir. Yarışın ən gərgin qarşılaşması olan FnaticTeam Vitality matçı pik nöqtədə cəmi 179,9 min izləyici toplayıb. Bu rəqəm keçən ilki analoji göstəricidən 26,9% daha azdır.

İlk mərhələlər üçün antirekord qeydə alınsa da, bu turnir ümumi VCT tarixində ən az populyar yarış deyil – bu status hələ də VCT 2024 EMEA Stage 2 turnirinə məxsusdur.

Analitiklər göstəricilərin bu dərəcədə düşməsini ən böyük demoqrafik qruplar, xüsusilə də fransızdilli auditoriya arasında marağın kəskin azalması ilə əlaqələndirirlər. Buna əsas səbəb kimi Fransanı təmsil edən Karmine CorpGentle Mates komandalarının turnirdəki qeyri-qənaətbəxş nəticələri göstərilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın