“IEM Atlanta 2026” turnirində “BC.Game Esports” üzərində qazanılan qələbədən sonra Dan apEX Madeskler Aleksandr s1mple Kostılyovun oyunu barədə təəssüratlarını bölüşüb.
“Team Vitality”nin kapitanının sözlərinə görə, ukraynalı snayper olduqca güclü matç keçirib və bir neçə raundda təkbaşına rəqibə ciddi problemlər yaradıb.
“Hələ Krakovda demişdim ki, əgər s1mple-ın yaxşı komandası olsa, o, əvvəlki səviyyəsinə qayıda biləcək. Buna əminəm. O, hələ də fenomenal oyunçudur”.
apEX qeyd edib ki, çox şey ətrafdakı mühitdən və Kostılyovun şəxsi motivasiyasından asılıdır, lakin onun hiss etdiyinə görə, s1mple yenidən ən yüksək səviyyədə mübarizə aparmaqda qərarlıdır. Fransız kapitan həmçinin s1mple-ı “Counter-Strike” tarixinin ən böyük oyunçularından biri adlandırıb və onunla yenidən peşəkar səhnədə qarşılaşdığı üçün şad olduğunu bildirib.
“IEM Atlanta 2026” turniri 11-17 may tarixlərində ABŞ-da keçirilir. İştirakçılar 300,000$ məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar.