NAVI, “GamerLegion”u məğlub edərək “IEM Atlanta 2026″nın çempionu oldu

by Nigar Məmmədova
0 comments

Natus Vincere” komandası “GamerLegion”u (GL) 3:0 hesabı ilə darmadağın edərək “IEM Atlanta 2026” turnirinin böyük finalının qalibi olub.

Seriyanın əvvəli “Qələbə üçün doğulanlar” (Born to Win) üçün kifayət qədər rahat keçib. NAVI yalnız sonuncu xəritədə çətinliklə qarşılaşıb və 7-12 hesablı geridönüş edərək qələbəni təmin edib.

Final matçının xəritə nəticələri:

  • Mirage: 13:3 — NAVI qazandı
  • Anubis: 13:9 — NAVI qazandı
  • Nuke: 16:13 — NAVI qazandı

“GamerLegion” üçün bu final son dövrlərdə böyük səhnədəki ən güclü çıxışlarından biri kimi yaddaqalan olub, lakin hazırda yüksəlişdə olan NAVI-yə qarşı durmaq üçün onların gücü çatmayıb. Qeyd edək ki, “GamerLegion”un üç oyunçusu — PR, Tausonhypex üçün bu, karyeralarında ilk böyük turnir finalı idi.

Turnirin ən dəyərli oyunçusu (MVP) adına isə NAVI-nin snayperi w0nderful layiq görülüb. Bu, gənc oyunçunun karyerasındakı ilk MVP medalıdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın