“Team Spirit” ardıcıl ikinci dəfə “PGL Astana 2026” turnirinin qalibi oldu

by Nigar Məmmədova
0 comments

Astanada Counter-Strike 2 üzrə beynəlxalq PGL Astana 2026 turniri başa çatdı. Çempionatın qalibi finalda “Falcons” komandasını inamlı hesabla məğlub edən “Team Spirit” oldu.

Həlledici qarşılaşma mayın 17-də “Barys Arena”da baş tutub və 3:0 hesabı ilə “Team Spirit”in xeyrinə yekunlaşıb. Komanda bütün xəritələrdə rəqibindən üstün olub — Dust2 (16:12), Mirage (13:7)Ancient (13:10).

Böyük finalın ən yaxşı oyunçusu Danil donk Krışkovets seçilib. Gənc kiberidmançı matçı yüksək — 1.52 reytinqlə tamamlayaraq, həm də bütün turnirin ən dəyərli oyunçusu (MVP) adına layiq görülüb.

Bu titul “Team Spirit”in 2026-cı ildə qazandığı ilk çempionluq olub. Maraqlıdır ki, turnir boyu komanda heç bir seriyada məğlubiyyət üzü görməyib.

Komandalar nə qədər qazandı?

  • Team Spirit (1-ci yer) — 256 000 dollar
  • Team Falcons (2-ci yer) — 120 000 dollar
  • MOUZ (3-cü yer, “magic” komandasını 2:0 hesabı ilə məğlub edərək) — 192 000 dollar

“PGL Astana 2026” turniri 9-17 may tarixlərində Qazaxıstanda keçirilib. Qrup mərhələsindən sonra turnirin 8 ən güclü komandası pley-offa yüksəlmişdi. Çempionatın ümumi mükafat fondu 1.6 milyon dollar təşkil edirdi — bu məbləğin yarısı birbaşa oyunçulara, digər yarısı isə kiberidman təşkilatlarına paylanılıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın