karrigan: “İlk turnirdə ikinci yer qənaətbəxş nəticədir”

by Nigar Məmmədova
0 comments

Finn karrigan Andersen yeni komandası “Falcons” ilə “PGL Astana 2026” turnirinin böyük finalında “Team Spirit”ə 0:3 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Danimarkalı əfsanəvi kiberidmançı yeni kollektivlə qatıldığı ilk turnirin yekunlarını öz rəsmi “X” sosial şəbəkə hesabında etdiyi paylaşımla qiymətləndirib:

“İlk turnirdə ikinci yer tutmaq qənaətbəxş bir nəticədir. Sabah CAC turnirində oynamaq üçün Çinə uçuram. Hazırda doğru istiqamətdə inamla irəliləyə bilməyimiz üçün komanda olaraq sabitlik tapmaq çox vacibdir”.

Növbəti hədəf: ÇinCS Asia Championships 2026” (CAC) turniri mayın 20-də start götürəcək və dörd gün davam edərək mayın 24-də başa çatacaq. Çinin Şanxay şəhərində keçiriləcək yarışda dünyanın 16 güclü komandası iştirak edəcək. Turnirin ümumi mükafat fondu isə 1,000,000$ təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın