“Team Spirit”in ulduz oyunçusu Daniil donk Krışkovets CS2 üzrə “PGL Astana 2026” turnirinin MVP (Ən Dəyərli Oyunçu) mükafatına layiq görülüb. Bu, gənc kiberidmançının karyerasındakı sayca 11-ci MVP mükafatıdır. donk sonuncu dəfə bu adı 2025-ci ilin yayında “BLAST Bounty 2025 Season 2” turnirində qazanmışdı.
donk turnir boyu fenomenal bir performans nümayiş etdirib. Onun mərhələlər üzrə statistikası bu şəkildə olub:
- Qrup mərhələsi: 1.62 reytinq
- Dörddəbir final: 1.42 reytinq
- Yarımfinal: 1.95 reytinq
Böyük finalda isə o, oynanılan üç xəritədən ikisində matçın ən yüksək reytinqli oyunçusu olub. Xüsusilə “Ancient” xəritəsində 2.01 reytinq toplamaqla rəqibə heç bir şans tanımayıb.
donk-un turnirdəki ümumi statistik göstəriciləri:
- Rating 3.0: 1.61
- KPR (Raund başına qətl sayı): 0.98
- Round Swing (Raunddakı fərdi təsir / impakt): +5.82%