Yaxın Şərqdə baş verən müharibə səbəbindən “Esports Foundation” təşkilatının Esports World Cup 2026 turnirini Ər-Riyaddan (Səudiyyə Ərəbistanı) Parisə (Fransa) köçürmək qərarından sonra yeni təfərrüatlar məlum olub.
“Esports Foundation” turnirin yüksək səviyyədə təşkili və keçirilməsi üçün təxminən 250 milyon avro (€250 milyon) investisiya yatıracaq. Bu barədə “Sheep Esports” portalı Fransa Prezidenti Administrasiyasının rəsmi bəyanatına istinadən məlumat yayıb. EWC 2026 turniri iyulun 6-dan avqustun 23-dək baş tutacaq.
İnvestisiya hansı xərcləri əhatə edəcək?
Ayrılan irimiqyaslı vəsait turnirin uğurla reallaşdırılması üçün aşağıdakı əsas istiqamətlərə yönəldiləcək:
- İnfrastruktur və texniki istehsalat (production);
- İştirakçıların yerləşdirilməsi və nəqliyyat təminatı;
- Qlobal canlı yayımların təşkili;
- Təntənəli açılış və bağlanış mərasimləri;
- Azarkeşlər üçün xüsusi fan-aktivliklər.
Fransa iqtisadiyyatına milyonlarla avro gəlir
Fransa üçün belə bir möhtəşəm kibersport bayramına ev sahibliyi etmək güclü iqtisadi təkan rolunu oynayacaq.
Fransa rəsmilərinin proqnozu: Yerli hakimiyyət orqanlarının ilkin hesablamalarına görə, “Esports World Cup” turnirinin keçirilməsi ölkə iqtisadiyyatına təxminən 600 milyon avro (€600 milyon) dəyərində dolayı iqtisadi mənfəət qazandıracaq.