Trauma İlə Gələn Qələbə: PR Çempionluq Kubokunu Öz Üstünə Aşırdı

0 comments

Yeni komandasının heyətində keçirdiyi ilk turnir Oldrjıx «PR» Novı üçün zəfərlə başa çatsa da, təntənəli şəkildə kubokun qaldırılması anında gülməli və eyni zamanda ağrılı bir kuryoz baş verib. Emosiyalara qapılan kiberidmançı ağır mükafatı tarazlıqda saxlaya bilməyərək onu birbaşa öz üzərinə salıb.

Uğursuz hərəkət nəticəsində oyunçu gicgah və boyun nahiyəsində nəzərəçarpan cızıqlar alıb.

PR sosial şəbəkə hesabında yaşananları özünə yumorla şərh edib:

“Komanda ilə ilk turnir, ilk qələbə, özümü əla hiss edirəm, dəstək üçün hər kəsə təşəkkür edirəm. Bir də ki, kubokları qaldırmağı bir az məşq etməliyəm…”

PR mouz

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın