CS2 üzrə “Esports World Cup 2026” turnirinin qrup mərhələsi yekunlaşıb və komandaların xəritə seçimləri üzrə statistikası bəlli olub. “Inferno” ən çox oynanılan məkan, “Anubis” ən çox qadağan edilən (ban), “Nuke” isə müdafiə (CT) tərəfi üçün ən böyük üstünlük yaradan xəritə kimi yadda qalıb.
Xəritə
Matç Sayı
Ban Sayı
Qələbə Nisbəti (CT / T)
Inferno
15
23
52% / 48%
Dust II
14
26
54% / 46%
Nuke
12
26
62% / 38%
Mirage
12
—
57% / 43%
Cache
9
31
47% / 53%
Ancient
8
26
50% / 50%
Anubis
3
35
41% / 59%
Turnirin Əsas Yekunları:
Inferno Və Ancient: Inferno yüksək balans göstərərək 15 matçla turnirin lideri olub. Ancient isə tərəflər arasında tam 50/50 nisbətində ideal balans nümayiş etdirən yeganə xəritədir.
Anubis Və Nuke Disbalansı: Anubis 35 ban ilə EWC 2026-nın mütləq rekordu olub və hücum (T) tərəfinin 59%-lik üstünlüyü səbəbindən komandalar ondan çəkinib. Nuke isə 62%-lik CT üstünlüyü ilə müdafiə tərəfı üçün ən rahat xəritəyə çevrilib.
Cache Debütü: “Active Duty” tərkibinə qayıdan Cache xəritəsi 31 ban və 9 matçla ehtiyatlı qarşılanıb; komandaların əksəriyyəti hələ ki sinanmış məkana üstünlük verir.
Nigar Məmmədova — az-esports.com kibersport xəbər saytının jurnalisti və redaktorudur. Videooyunlar, turnirlər və kibersport sənayesi ilə bağlı xəbərlərə ixtisaslaşıb, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə. Geymer mədəniyyəti və müasir rəqəmsal trendlərlə maraqlanır. Kibersportun yeni nəsillərin gələcəyi olduğuna inanır.