“BCGame” şirkətinin icraçı direktoru (CEO) Əli Muhanned “Esports World Cup 2026” turnirində baş verən insident barədə məlumat verib. Məlumata görə, komandalardan biri elə oyunu gedə-gedə oğurluqla üzləşib.
Pərdəarxasında təhlükəsizlik boşluğu
Əli Muhannedin sözlərinə görə, müvafiq akreditasiya nişanı (beyc) olmayan naməlum şəxs turnirin məxfilik zonasına keçməyi bacarıb. Bədəməl şəxs oyunçuların şəxsi əşyalarını saxladıqları otağa daxil olub.
“Esports World Cup-da matç zamanı qarət olunan bir komanda var. Beyci olmayan şəxs pərdəarxasına keçərək oyunçuların bütün çantalarını, pasportlarını, pullarını və digər qiymətli əşyalarını qoyduqları otağa girib”, – deyə o qeyd edib.
Hazırda konkret hansı komandanın zərər çəkdiyi və onun hansı kiberidman növündə mübarizə apardığı məlum deyil.