“FUT” CS2 üzrə “Esports World Cup 2026” pley-off mərhələsinin ilk raundunda “magic” komandasını 2:1 (9:13 Ancient, 13:7 Anubis, 13:8 Mirage) hesabı ilə üstələyərək dörddəbir finala vəsiqə qazanıb.
İlk xəritədə “magic” tez bir zamanda təşəbbüsü ələ alaraq birinci hissədən sonra 8:4 hesabı ilə öndə olub. Nikita “tenzy” Koçenyukun 1v4 vəziyyətindəki inanılmaz klatçı (clutch) qarşılaşmanın həlledici məqamına çevrilərək “Ancient” xəritəsində qələbəni yekun olaraq onun komandasına qazandırıb.
“FUT” tərəflərin dəyişməsindən sonra hesabı 8:8-ə çatdıra bilsə də, “magic” həlledici raundlarda daha yaxşı oynayaraq xəritəni aktivinə yazdırıb – 13:9.
“Anubis”də “FUT” yenidən qovalayan tərəf rolunda olsa da, bu dəfə oyunda qalmağı bacarıb. Nikita “cmtry” Samolotov bir neçə dəfə vacib multikill-lər reallaşdıraraq, ikinci hissədə isə 1v2 klatçını qazanaraq mühüm rol oynayıb.
Bu, “FUT”a xəritəni 13:7 hesabı ilə qələbə ilə başa vurmağa və seriyanı “Mirage”ə keçirməyə kömək edib.
Həlledici xəritə artıq tam olaraq “FUT”un nəzarəti altında keçib. Komanda ilk hissəni inamla tamamlayaraq fasiləyə 9:3 üstünlüklə yollanıb. “magic” tərəflərin dəyişməsindən sonra geri dönməyə cəhd edərək ard-arda beş raund qazansa da, xal fərqi çox böyük olub.
“FUT” rəqibin kambek cəhdinin qarşısını alıb və “Mirage” xəritəsini 13:8 hesabı ilə bağlayıb. Beləliklə, “FUT” “Esports World Cup 2026″nın dörddəbir finalına yüksəlib və burada “MOUZ” – “GamerLegion” cütünün qalibi ilə qarşılaşacaq. “magic” üçün isə turnir başa çatıb.