Yenidən birinci: Fransalı kiberidman ulduzu karyerasının 33-cü MVP medalını qazandı

0 comments

Matye “ZywOo” Erbo “HLTV” portalının versiyasına əsasən “StarLadder StarSeries Fall 2026” turnirinin ən dəyərli oyunçusu (MVP) seçilib.

Fransalı kiberidmançı yarışı 1.50 orta reytinq göstəricisi ilə başa vurub — bu, onun ilin əvvəlindəki “IEM Krakow” çempionluğundan bəri göstərdiyi ən yüksək nəticədir. Turnir üzrə onun ən yaxın izləyicisi 1.26 reytinqlə Kayke “KSCERATO” Serato olub.

“Aurora”ya qarşı keçirilən böyük finalda da yüksək səviyyəli oyun nümayiş etdirən “ZywOo” seriyanı 1.51 reytinqlə bitirib. Bu performans ona həlledici matça qədər mükafata iddia edən Cimmi “Jimpphat” Salonu birdəfəlik geridə qoymaq imkanı verib.

Statistik göstəricilər üzrə turnirin lideri

Fransız ulduz yarış boyunca bir neçə əsas statistik göstərici üzrə birinci pillədə qərarlaşıb:

  • ADR (Raundbaşı zərər): 92.2
  • KPR (Raundbaşı öldürmə): 0.89
  • DPR (Raundbaşı ölüm): 0.57
  • Round Swing: +6.13%

Bu mükafat “ZywOo” üçün karyerası ərzində 33-cü, “Big Event” kateqoriyalı turnirlərdə isə 26-cı MVP medalı olub. İkinci göstərici üzrə fransalı oyunçu Oleksandr “s1mple” Kostılevin rekorduna daha da yaxınlaşıb.

ZywOo

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın