“PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq

0 comments

“Sony Interactive Entertainment” şirkətinin bir neçə gün əvvəl dərc olunmuş yeni patent müraciəti diqqət cəlb edib. Şirkət rəqəmsal alış-verişlər zamanı “PlayStation” kontrollerini smartfon və konsol arasında vasitəçi kimi istifadə etməyə imkan verən texnologiyanı təsvir edib.

“Sony”nin konsepsiyasına əsasən, istifadəçi oyun, əlavə (DLC) və ya digər rəqəmsal məhsulu seçdikdən sonra ödəniş rekvizitləri saxlanılan smartfonunu kontrollerə yaxınlaşdırmalı olacaq. Ödəniş məlumatlarını qəbul edən geympad onları konsola ötürəcək və beləliklə, konsol ekranında bank kartı məlumatlarını əllə daxil etmək ehtiyacı aradan qalxacaq.

Sənəddə cihazın kontrollerdən qısa məsafədə aşkar edilməsi və bağlantının siqnalla təsdiqlənməsi mexanizmi təsvir olunub. Məlumat ötürülməsi üçün yaxın radiuslu simsiz texnologiyalardan istifadə oluna bilər. Qeyd olunur ki, ödəniş rekvizitlərinin kontrollerin daxili yaddaşında saxlanılması tələb olunmur — geympad yalnız smartfon və “PlayStation” arasında keçid bəndi rolunu oynayır.

Patent müraciəti 2025-ci ilin mart ayında təqdim olunub və 2026-cı ilin sentyabrında rəsmən dərc edilib. Hazırda sənəd “baxılma mərhələsindədir” (under review) statusuna malikdir. “Sony” hələlik bu funksiyanın “DualSense” və ya gələcək “PlayStation” kontrollerində rəsmən nə vaxt tətbiq olunacağı haqqında elan verməyib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın