“Sashi” iki avstraliyalı oyunçu ilə müqavilə bağladı və “PGL Singapore Major 2026” şanslarını artırdı

0 comments

Danimarkanın “Sashi” kiberidman təşkilatı “Counter-Strike 2” heyətindəki dəyişiklikləri rəsmən elan edib. Komandaya avstraliyalı kiberidmançılar Taynen “TjP” Purtell və Cordan “Hatz” Baciç qoşulublar.

Onlar heyətdə növbəti bir ay ərzində ehtiyat skamyasına keçirilən Mikkel “MistR” Tomsen və Kasper “Cabbi” Yenseni əvəzləyəcəklər. “TjP” komandanın yeni kapitanı (IGL) olacaq.

Asiya regionuna keçid və Meycor şansları

Bu transferlər və komanda oyunçusu Anton “Anlelele” Hüynün Vyetnam vətəndaşlığı sayəsində “Sashi” heyətinin əksəriyyəti artıq Asiya regionunun nümayəndələrindən ibarətdir.

Bu addım Danimarka klubuna “VRS” reytinqində öz regionunu Asiya olaraq dəyişməyə və beləliklə, “PGL Major Singapore” turnirinə vəsiqə qazanmaq şanslarını artırmağa imkan verəcək. Hazırda komandanın Meycor yarışına düşmək ehtimalı 13% dəyərləndirilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın