Turnir operatoru “BLAST” “BLAST Rivals Hong Kong 2026” yarışı üçün hazırlanan yeni kuboku rəsmən təqdim edib. Təşkilatçılar bu il tərkibində həqiqi qızıl olan və hazırda Honkonqda səyahət edən çempionluq kubokunun fotolarını nümayiş etdiriblər.
“BLAST Rivals Hong Kong 2026” turniri 9–15 noyabr tarixlərində Honkonqun Çeklapkok bölgəsində baş tutacaq. Bu il yarış “M Mark event” statusunda geri dönür.
İştirakçılar və proqnozlar
Turnirdə səkkiz komanda mübarizə aparacaq, lakin rəsmi iştirakçı siyahısı hələ ki açıqlanmayıb. “VRS” reytinqinə əsasən hazırlanan ehtimallara görə yarışa “Spirit”, “Legacy”, “Vitality”, “MOUZ”, “G2”, “Falcons”, “FURIA” və “FUT” komandaları dəvət ala bilər.
Təşkilatçılar artıq azarkeşləri Honkonqa dəvət edərək noyabr ayında hər kəsi böyük kiberidman həyəcanı gözlədiyini bildiriblər.