Pimp: “Senzu elə sabah NAVI-yə keçə və komandanı əsaslı şəkildə dəyişəcək oyunçuya çevrilə bilər”

0 comments 0 views

Kiberidman analitiki Yakob “Pimp” Vinneçe hesab edir ki, Azbayar “Senzu” Munxboldun transferi “NAVI”nin “Counter-Strike 2” heyətinə nəticələrini yaxşılaşdırmağa və dünyanın ən yaxşı üç komandası sırasına daxil olmağa kömək edəcək. Danimarkalı mütəxəssis bu barədə “Last Free Nation Counter-Strike” “YouTube” kanalındakı podkast zamanı danışıb.

“Senzu elə sabah “NAVI“yə keçə və komandanı əsaslı şəkildə dəyişəcək oyunçuya çevrilə bilər. Onunla birlikdə “NAVI” potensial olaraq dünyanın top-3 komandası sırasına yüksələ və mütəmadi olaraq kuboklar uğrunda mübarizə apara bilər”, — deyə “Pimp” bildirib.

“Senzu”nun hazırkı komandası və son statistik göstəriciləri

Hazırda “Senzu” “BC.Game” komandasının şərəfini qoruyur, daha əvvəl isə “The MongolZ” və “Passion UA” kollektivlərini təmsil edib. Monqolustanlı kiberidmançı son üç ay ərzində “HLTV” statistikasında 40 xəritədə çıxış edib və 1,15 orta reytinq göstəricisinə malikdir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın