45
Sony, dekabr 2024-cü il üçün PlayStation Plus abunəçilərinə təqdim edəcəyi oyunları açıqlayıb. Bu dəfə oyunçular üç fərqli janrda maraqlı layihələrə sahib ola biləcəklər.
Dekabr ayının PlayStation Plus seçimində: məşhur “Aliens” franşizasına əsaslanan oyun, kooperativ oynanışı ilə fərqlənən layihə və “Pokemon” tərzində bir oyun yer alır.
Dekabr 2024-cü ildə PlayStation Plus oyunları:
- It Takes Two (PlayStation 4, PlayStation 5): “Bu oyun Codi və Mey adlı bir cütlük haqqında danışır. Sehirli bir hadisə nəticəsində kuklaya çevrilən cütlük, öz aralarındakı münasibətləri bərpa etmək üçün fantastik bir dünyada macəralara atılırlar.”
- Aliens: Dark Descent (PlayStation 4, PlayStation 5): “Bu, tək nəfərlik hərbi strateji oyundur. Oyunda oyunçular ksenomorfların bir ayda yayılmasının qarşısını almaq üçün real vaxtda əsgərlərə rəhbərlik edirlər.”
- Temtem (PlayStation 5): “Bu oyun kolleksioner ruhlu oyunçular üçün nəzərdə tutulub və Temtem adlı fantastik varlıqları toplamağa əsaslanır.”
Oyunların əldə edilməsi müddəti:
Bu oyunlar 3 dekabr 2024-cü il tarixindən 6 yanvar 2025-ci il tarixinədək PlayStation Plus abunəçiləri üçün əlçatan olacaq.