HLTV Awards 2024: Bütün Nominasiyaların Qalibləri Məlum Oldu

by Nigar Məmmədova
0 comments

11-dən 12 yanvara keçən gecə Serbiyanın Belqrad şəhərində hər il keçirilən HLTV Awards 2024 mükafatlandırma mərasimi baş tutdu. Counter-Strike 2 dünyasının ən önəmli fiqurları burada mükafatlandırıldı.

Gecənin əsas ulduzu 17 yaşlı rusiyalı kibersportçu Danil donk Krişkovets oldu. O, dörd kateqoriyada qalib gələrək rekord qırdı: “İlin oyunçusu”, “İlin yeni oyunçusu”, “İlin highlight-ı”“İlin ən yaxşı entry fraggeri”.

Əlavə olaraq, ən yaxşı snayper mükafatını rusiyalı İlya m0NESY Osipov qazandı, ən yaxşı məşqçi isə ukraynalı Andrey B1ad3 Qorodenski oldu.

HLTV Awards 2024 Qaliblərinin Tam Siyahısı:

  • İlin ən yaxşı oyunçusu: donk
  • İlin ən yaxşı entry fraggeri: donk
  • İlin yeni oyunçusu: donk
  • İlin highlight-ı: donk vs HEROIC
  • İlin ən yaxşı snayperi: m0NESY
  • İlin ən yaxşı məşqçisi: B1ad3
  • İlin ən yaxşı lurkeri: jL
  • İlin ən yaxşı dəstək oyunçusu: b1t
  • İlin ən yaxşı kapitanı: Aleksib
  • İlin ən yaxşı komandası: NaVi
  • İlin ən yaxşı qadın komandası: Imperial Female
winners

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın