Kibersport dünyasının ən möhtəşəm hadisələrindən biri Qazaxıstanın paytaxtı Astanada baş tutacaq. Burada Counter-Strike 2 üzrə böyük miqyaslı PGL Astana turniri keçiriləcək.
Dünyanın ən güclü komandaları bir araya gəlir
Turnir çərçivəsində dünyanın ən yaxşı CS2 komandaları “Barys Arena”da 1 250 000 dollar dəyərində mükafat fondu uğrunda mübarizə aparacaqlar. 10 martda turnirə dəvət olunan komandaların siyahısı açıqlandı. Buraya Team Spirit, NAVI, G2, Virtus.Pro, The Mongolz, Gamerlegion, Astralis, FURIA, BIG, Pain Gaming, MIBR və Eternal Fire kimi dünya nəhəngləri daxildir.
Bundan əlavə, Avropa, Asiya, Şimali və Cənubi Amerikadan keçiriləcək seçmə mərhələlər nəticəsində daha dörd komanda yarışa qoşulacaq.
PGL Astana iki il ardıcıl keçiriləcək
2024-cü ildə təşkilatçılar may ayında olmaqla həm 2025, həm də 2026-cı illər üçün iki PGL Astana turnirini elan ediblər. Bu möhtəşəm tədbirin əsas sponsorlarından biri isə uzun illərdir ki, e-idman və PGL-i dəstəkləyən 1xBet şirkətidir.
Turnir həm onlayn, həm də oflayn formatda keçiriləcək. Yarışın əsas mərhələsi 16-18 may tarixlərində “Barys Arena”da baş tutacaq.
Xatırladaq ki, PGL Astana 2025 üçün bütün biletlər 24 saatdan az vaxt ərzində satılıb.