Bungie studiyası uzun müddətdir gözlənilən Marathon oyununa dair ilk tam gameplay nümayişinin baş tutacağı tarixi açıqlayıb. Oyunçular 12 aprel tarixində, saat 10:00 PDT-də Bungie-nin rəsmi Twitch kanalında bu yeni PvP layihənin oyun görüntülərini izləyə biləcəklər.
Klassik oyunun futuristik yenidən doğuluşu
Yeni Marathon – Bungie-nin eyni adlı 90-cı illərin klassik şuter oyununa müasir yanaşmasıdır. Bu dəfə isə oyun PvP extraction-shooter janrında təqdim olunur. Yəni oyunçular dəyərli resurslar toplayacaq, lakin bu əşyaları təhlükəli zonadan vaxtında çıxarmadıqları halda onları itirə bilərlər.
Oyun barədə məlum olan əsas detallar bunlardır:
- Hadisələr Tau Ceti IV adlı sirli planetdə baş verir.
- Oyunçular Runner adlanan kiborq muzdlu döyüşçüləri idarə edəcəklər.
- Məqsəd – tərk edilmiş koloniyanı araşdırmaq, resurslar tapmaq, təhlükələrdən qaçmaq və düşmənlərlə üz-üzə gəlməkdir.
Kod adları və oyun mexanikası
Əvvəlki açıqlamalarda oyundakı bəzi qəhrəmanların “Thief” və “Stealth” kod adları ilə təqdim olunduğu məlum olmuşdu. Bu isə, oyunun taktiki yanaşma və səssiz hərəkət elementlərini vurğulaya biləcəyini göstərir. Gameplay təqdimatında bu detalların daha geniş şəkildə açıqlanacağı gözlənilir.
Oyunun vizual üslubu və çıxışı
Marathon-un təqdim olunan teaser və treylerləri, parlaq rəng palitrası, robotlaşdırılmış canlılar və dinamik ətraf mühiti ilə fərqlənir. Oyunun vizual dizaynı Bungie-nin əvvəllər təcrübə etdiyi estetikadan xeyli fərqlənir.
Hazırda Marathon üçün Steam səhifəsi aktivdir, lakin buraxılış tarixi hələ təsdiqlənməyib.