Karmine Corp və Fnatic LEC Summer 2025-də pley-offa yüksəldi

by Nigar Məmmədova
0 comments

Avropanın League of Legends çempionatı LEC Summer 2025-in qrup mərhələsinin iki həftəsi başa çatıb. Karmine Corp və Fnatic qruplarında mütləq liderliklə pley-off mərhələsinə vəsiqə qazanıb.

Hər iki komanda – Karmine Corp və Fnatic – qrup mərhələsində 3-0 nəticə ilə çıxış edərək pley-offa adlayıb.

Qrup A: Karmine Corp-un dominantlığı

Karmine Corp qrupunda üç BO3 seriyasında qələbə qazanıb:

  • NAVI-yə qarşı: 2:0
  • Giant X-ə qarşı: 2:1
  • Movistar KOI-yə qarşı: 2:1

Komanda xüsusilə Caliste və Targamasın parlaq oyunu ilə diqqət çəkib, onların sinerjisi qrupda rəqiblərə şans tanımayıb.

Qrup B: Fnatic-in sabitliyi

Fnatic də öz qrupunda üç BO3 seriyasında qalib gəlib:

  • Team Heretics-ə qarşı: 2:1
  • SK Gaming-ə qarşı: 2:0
  • Team BDS-ə qarşı: 2:0

Yeni midlayner Poby və cangıl Razorkun liderliyi ilə Fnatic qrup mərhələsində inamlı oyun nümayiş etdirib.

Qarşıdakı matçlar

LEC Summer 2025-in qrup mərhələsi 16-18 avqust tarixlərində davam edəcək. Natus Vincere (NAVI) komandası iki mühüm BO3 matçında iştirak edəcək:

  • 16 avqust, saat 18:00 (CEST): NAVI vs. Movistar KOI
  • 17 avqust, saat 18:00 (CEST): NAVI vs. Team Vitality

Turnirin əhəmiyyəti

  • Tarix: 2 avqust – 28 sentyabr 2025
  • Mükafat fondu: 80 min avro
  • Dünya Çempionatı: İlk üç komanda Worlds 2025-ə vəsiqə qazanacaq.

Pley-off mərhələsi ikiqat eleminasiya formatında keçiriləcək və turnirin qalibi sentyabrın sonunda müəyyənləşəcək. Karmine Corp və Fnatic hazırda favoritlər sırasında olsa da, NAVI və G2 Esports kimi komandalar da ciddi rəqabət vəd edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın