Riot Games League of Legends üçün yeni çempionluq skinlərini təqdim edib. Bu kolleksiya Cənubi Koreyanın T1 komandasının Worlds 2024-də qazandığı qələbəyə həsr olunub.
Worlds 2024 qələbəsinə görə fərdi skinlər alan oyunçular:
- Çoi “Zeus” Vu Ci – Gnar (karyerasında 3-cü çempionluq skin)
- Mun “Oner” Hyon Cun – VI (2-ci çempionluq skin)
- Li “Faker” San Hyok – Yone və Sylas (prestijli) – (karyerasında 6-cı çempionluq skin)
- Li “Gumayusi” Min Hyon – Varus (2-ci çempionluq skin)
- Ryu “Keria” Min Sok – Pyke (2-ci çempionluq skin)
T1 komandasının çempionluq skinləri 10 sentyabrda 25.18 oyun patch-i ilə bütün oyunçular üçün əlçatan olacaq.
Xatırladaq ki, Worlds 2024 turniri 25 sentyabr – 2 noyabr 2024 tarixlərində Almaniya, Fransa və Böyük Britaniyada keçirilib. Turnirin ümumi mükafat fondu 2 milyon 225 min dollar təşkil edib.