Neymar EA FC 26-da olmayacaq

by Nigar Məmmədova
0 comments

Braziliyalı ulduz hücumçu Neymar (hazırda “Santos”un oyunçusu) yeni futbol simulyatoru EA Sports FC 26-da təqdim olunmayacaq. Bu, son 14 ildə ilk dəfədir ki, oyunçunun adı EA-nın layihəsində yer almayacaq.

Səbəb nədir?

Electronic Arts şirkəti Braziliyanın “A Seriyası” ilə lisenziya hüquqlarının uzadılması barədə razılıq əldə edə bilməyib.

Qeyd edək ki, Neymar ilk dəfə FIFA 12 oyunundan etibarən hər buraxılışda mövcud olub və uzun illər simulyatorun ən populyar futbolçularından biri sayılıb.

EA FC 26 haqqında

  • Rəsmi reliz tarixi: 26 sentyabr 2025
  • Ultimate Edition sifariş edənlər üçün: 19 sentyabrdan oynamaq imkanı
  • Platformalar: PS5, PS4, Xbox Series, Xbox One, Nintendo Switch, Nintendo Switch 2 və PC

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın