Ukraynanın espor təşkilatı Natus Vincere (NAVI) rəsmi saytında Call of Duty: Warzone üzrə heyətini buraxdığını açıqlayıb.
Keçmiş heyət
- Mark “Zepa” Zepakiç
- Cek “Levi” Robinson
- Aaron “Lymax” Butcher
Bu oyunçular 2024-cü ilin iyunundan NAVI-nin heyətində çıxış edirdilər. Onlar azad agent statusu alıblar.
Nailiyyətlər
NAVI-nin “sarı-qara” heyəti bu müddətdə:
- Esports World Cup 2024-də 5-ci yer
- World Series of Warzone 2024-də 33-cü yer
qazanıb.
Lakin 2025-ci ildə Avstraliya heyəti Esports World Cup-a seçmələrdən keçə bilməyib. Asiya regionunun seçmələrində isə NAVI ikinci yeri tutub. Ukrayna təşkilatı açıqlamada bildirib: “Oyunçulara NAVI-də keçirdikləri vaxt üçün təşəkkür edirik və onlara gələcəkdə uğurlar arzulayırıq!”