İki monqol oyunçunun çıxış etdiyi “BC.Game” kiberidman təşkilatı bir neçə ay əvvəl “The MongolZ” komandasının ehtiyat heyətində yer alan monqolustanlı kiberidmançı Anarbileq “cobrazera” Uuqanbayarı transfer etmək imkanını nəzərdən keçirib.
Bu barədə klubun baş icraçı direktoru Ali “akofocus” Mohanned məlumat verib:
“Hələ asap-ın transferindən öncə cobrazera-nı heyətimizə qatmaq üçün The MongolZ rəhbərliyi ilə əlaqə saxlamışdıq. Biz həqiqətən də onunla müqavilə bağlamaq istəyirdik, lakin onların oyunçunu yenidən əsas heyətə qaytarmaq planları var idi.”
Yekunda transfer baş tutmayıb və “BC.Game” Tayson “asap” Patersonu transfer etmək qərarına gəlib.