CS2-də fraq rekordu: Qazaxıstanlı rifler tarixi yenidən yazdı

0 comments

22 yaşlı Qazaxıstan rifleri Daulet “dako” Ondassınov “Counter-Strike 2” tarixini yenidən yazıb. Almatıda keçirilən “BRO Cyber League Season 1” turnirində üçüncü yer uğrunda matçda “Game Point” kollektivinin oyunçusu “Total Domination”a qarşı 24 raund ərzində inanılmaz 40 öldürmə (kill) imza atıb.

Əvvəlki rekordların geridə qalması və matçın gedişatı

Bu nəticə Aleks “poiii” Nyuholm Sundqrenin (onlayn matçda 39 fraq) və Daniil “donk” Krışkovetsin (LAN turnirində 38 fraq) əvvəlki nailiyyətlərini geridə qoyub.

“Mirage” xəritəsində Daulet Ondassınov möhtəşəm oyun nümayiş etdirərək ilk hissədə 23 fraq toplayıb və əsas vaxtda öldürmə sayını rekord həddə — 40-a çatdırıb. Bununla belə, hətta belə fərdi performans da qələbə üçün kifayət etməyib: “Game Point” üstünlüyü əldə saxlaya bilməyib, overtaymlarda (əlavə vaxt) məğlub olub və ümumilikdə seriyanı 1:2 hesabı ilə uduzub.

“dako”nun xəritə üzrə həlledici statistikası heyranedicidir: 42/17 — K/D, 128.8 ADR, 93.1% KAST və 2.43 reytinq.

CS2-də əsas vaxtda öldürmə sayı üzrə top-10 göstərici:

  • Daulet “dako” Ondassınov vs Total Domination — 40 öldürmə (LAN)
  • Aleks “poiii” Nyuholm Sundqren vs Zero Tenacity — 39 öldürmə (Onlayn)
  • Daniil “donk” Krışkovets vs Wildcard — 38 öldürmə (LAN)
  • Sindre “Tapewaare” Ellefsen vs Metizport X — 38 öldürmə (Onlayn)
  • Anatoli “youka” Aprosimov vs ARCRED — 38 öldürmə (LAN)
  • Lucas “Lucaozy” Neves vs paiN — 37 öldürmə (Onlayn)
  • Mason “Lake” Sanderson vs BOSS — 37 öldürmə (Onlayn)
  • Jan “cej0t” Dyl vs M80 — 37 öldürmə (LAN)
  • Aleks “poiii” Nyuholm Sundqren vs AM — 37 öldürmə (LAN)
  • Diego “sacrifice” Camacho vs Take Flyte — 36 öldürmə (Onlayn)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın