CS2 fayllarında yeni M14 snayper tüfəngi aşkar edildi: Detallar

0 comments

Datamayner “Thour” “Counter-Strike 2“nin oyun fayllarında yeni snayper silahı — M14 tüfəngi haqqında məlumatlar tapıb. Əgər tərtibatçılar bu silahı oyuna inteqrasiya etsələr, bu, 2018-ci ildə MP5-SD-nin təqdim edilməsindən bəri şuterə gətirilən ilk yeni odlu silah olacaq.

M14-ün xüsusiyyətləri (sızdırılan məlumatlara əsasən):

  • Qiyməti: $4 100
  • Kalibri: .338 Magnum
  • Baza zərəri (base damage): 115
  • Başa zərbə əmsalı (headshot multiplier): x4
  • Daraq tutumu: 5 patron (ehtiyatda əlavə 5 patron)
  • Daraq dəyişmə (reload): Tək-tək doldurulma (pompalı tüfənglərdə olduğu kimi)
  • Atəşlərarası fasilə: ~1.85 saniyə
  • Öldürmə mükafatı: $100
  • Maksimal hərəkət sürəti: 130 unit/s (velocity)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın