“Roman Imperium Cup IX” turnirinin təşkilatçıları yarışda mübarizə aparacaq 16 komandadan ibarət tam siyahını elan ediblər. Turnirin əsas favoriti “Valve Ranking System” (VRS) dünya reytinqində 14-cü pillədə qərarlaşan və səviyyəcə digər iştirakçılardan kəskin fərqlənən “FaZe Clan” kollektividir.
“FaZe” üçün bu turnirdə iştirak etməkdə əsas məqsəd Meycora dəvətlərin paylanması ərəfəsində reytinq mövqeyini sığortalamaqdır. Hazırda komandanın Meycor turnirinə vəsiqə qazanmaq şansı 70% qiymətləndirilir.
Reytinq göstəricisinə görə “FaZe Clan”a ən yaxın izləyici 58-ci sırada yer alan Ukraynanın “WBT” komandasıdır. İştirakçılar arasında həmçinin gənclər və akademiya heyətləri də var: “NAVI Junior”, “G2 Ares”, “Falcons Force” və Ukrayna təmsilçisi “Lazer Cats”.
“Roman Imperium Cup IX” turniri 7–10 oktyabr 2026-cı il tarixlərində Portuqaliyanın Vila-Nova-di-Qaya şəhərində keçiriləcək. Turnirin mükafat fondu 12 000 avro təşkil edir.