Wisper sağlamlıq problemlərinə görə “DreamLeague Season 29″u qaçıracaq – onu Batyuk əvəzləyəcək

by Nigar Məmmədova
0 comments

“ex-HEROIC” komandasının oyunçusu Adrian Wisper Dobles sağlamlığındakı problemlər səbəbindən “Dota 2” üzrə “DreamLeague Season 29” turnirində iştirak edə bilməyəcəyini açıqlayıb. Kiberidmançı bu barədə öz “Instagram” hesabında məlumat paylaşıb.

Boliviyalı oyunçu onu turnirdə əvəzləyəcək (“stand-in”) şəxsin adını da açıqlayıb – bu, Boqdan Batyuk Batyukdur.

Wisper tam sağalmaq üçün bu istirahətə ehtiyacı olduğunu vurğulayıb. O, “DreamLeague” başa çatdıqdan sonra komandanın “BLAST Slam VII” turniri öncəsi Avropada planlaşdırılan təlim-məşq toplanışına (“bootcamp”) qoşulacağını bildirib.

Wisper

“DreamLeague Season 29” turniri 13-24 may tarixlərində onlayn formatda keçiriləcək. Yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın