OG kiberidman klubu “The International 2026” ərəfəsində ciddi logistika problemləri ilə üzləşdiyini açıqlayıb. Güclü tayfun səbəbindən komanda turnirə vaxtında çatmaq riski ilə qarşı-qarşıyadır.
Klubun yaydığı məlumata görə, Şanxaya olan uçuş ləğv edildikdən sonra oyunçular hazırda Dubayda növbəti reys imkanını gözləyirlər:
“Ümid edirik ki, tayfun səngiyəcək və biz elə bu gün ‘The International’a çata biləcəyik. Qasırğa səbəbindən Şanxaya uçuşumuz ləğv edildiyi üçün uşaqlar Dubayda yeni reyslərini gözləyirlər.”
Məsələyə Dota 2 turnirlərinin məşhur aparıcısı Ceyk «SirActionSlacks» Kanner də yumorla münasibət bildirib:
“The International sıradan bir tayfuna görə məhv olan deyil.”
Digər Komandalar Da Təsir Altındadır
Eyni zamanda, uçuş problemlərinin yalnız “OG” ilə məhdudlaşmadığı barədə qeyri-rəsmi məlumatlar yayılır. Əlverişsiz hava şəraiti və kütləvi reys ləğvləri səbəbindən digər bir neçə komandanın da oxşar logistik böhranla üzləşdiyi bildirilir.