Team Vitality IEM Cologne Major 2026 turnirinə dünya çempionu statusunda qatılmışdı və komanda tarixində dördüncü, ardıcıl olaraq isə üçüncü meycor titulunu qazanaraq Astralis-in rekordunu təkrarlaya bilərdi. Lakin əfsanəvi «Counter-Strike Kafedralı»nın öz qaydaları var idi.
Qrup mərhələsi
Turnirə birinci mərhələdən başlayaraq pley-offa yüksələn yeganə komanda BetBoom oldu. Turnirin final mərhələsinə ikinci mərhələdən start götürən daha üç kollektiv də vəsiqə qazandı – Spirit, G2 və formalarında komandanın əsas sponsoru olan 1xBet haqqinda məlumat yer alan 9z.
Ən böyük uğursuzluğa NAVI imza atdı. Komanda özündən daha güclü rəqiblər olan Spirit və Falcons-a məğlub oldu, turnirdə qalmaq uğrunda matçda isə G2-yə uduzaraq pley-off şansını itirdi.The MongolZ da 2-3 nəticə ilə turnirlə vidalaşdı. Komanda həlledici qarşılaşmada gözlənilmədən Cənubi Amerika təmsilçisi 9z-yə məğlub olaraq sensasiyaya səbəb oldu.Lakin 1xBet Azərbaycan platformasının kiberekspertlərini ən çox məyus edən komandalar MOUZ (cəmi bir qələbə) və PARIVISION (heç bir qələbə qazana bilmədi) oldu.
Pley-off
Meycorun final mərhələsində Vitality, Falcons və Spirit kimi titulun əsas namizədlərinin toplandığı güclü yuxarı «ölüm qolu» formalaşdı. Aşağı qolda isə yeganə ciddi favorit FURIA idi və bu səbəbdən turnir cədvəlinin həmin hissəsi daha rahat görünürdü.
Gözləntilər özünü doğrultdu: aşağı qolda azarkeşləri favoritlərin rahat qələbələri gözləyirdi. Üç Bo3 qarşılaşmasında bir dənə də olsun overtaym qeydə alınmadı və məğlub olan komandalar ümumilikdə cəmi bir xəritə qazana bildilər. Cənubi Amerika derbisində 9z yalnız öz seçimi olan Dust2 xəritəsində FURIA-ya qarşı uğur qazana bildi (13:8), lakin gözlənildiyi kimi qalan iki xəritədə — Mirage-də (9:13) və Overpass-da (6:13) məğlub oldu.İkinci 1/4 finalda Aurora, BetBoom Team-in təsirli yürüşünü qətiyyətlə dayandırdı – Nuke xəritəsində 13:6, Anubis-də isə 13:9 hesabı ilə qalib gəldi.Yarımfinalda isə FURIA maksimum inamlı oyun nümayiş etdirdi. Aurora yalnız rəqibin seçimi olan Dust2 xəritəsində müəyyən müqavimət göstərə bildi (13:9 FURIA-nın xeyrinə). Rəqibin seçdiyi xəritədə isə FURIA tam üstünlük nümayiş etdirərək istədiyini etdi və 13:4 hesablı qələbə qazandı.
İndi isə bu rahat ab-havanı yuxarı qoldakı əsl döyüşlə müqayisə edin. İlk 1/4 finalda G2, HeavyGod-un inanılmaz səyləri sayəsində 5:7 hesabından geri dönüş edərək öz seçimi olan Overpass xəritəsini Spirit-ə qarşı 13:9 hesabı ilə qazandı.«Əjdahalar» isə öz imza xəritələri olan Dust2-də yalnız overtaymda qalib gələ bildilər – 16:14. Həlledici Mirage xəritəsi tam 47 raund davam etdi. Qalibi müəyyənləşdirmək üçün komandalara dörd overtaym seriyası lazım oldu. MATYS və huNter- karyeralarının ən yaxşı oyunlarından birini nümayiş etdirsələr də, son anda bəxt yenə də donk-un komandasının üzünə güldü – Spirit 25:22 hesabı ilə qalib gəldi.
Vitality və Falcons arasındakı qarşılaşma bütün üç xəritəyə qədər uzandı və onların hər biri eyni hesabla – 13:11 nəticələndi. Əvvəlcə Falcons öz seçimi olan Anubis xəritəsində qalib gəldi. Daha sonra Vitality Inferno xəritəsində eyni hesabla cavab verdi. Həlledici Dust2 xəritəsində isə «Şahinlər» ilk dəfə olaraq matç ərzində nəzərəçarpacaq üstünlük əldə etdilər və hücum tərəfində ilk yarını 8:4 hesabı ilə başa vurdular. Lakin fransızlar tapança raundunu və ardınca iqtisadi raundu qazansalar da, oyunun gedişatını dəyişə bilmədilər. Nəticədə Falcons matçı qələbə ilə başa vuraraq Vitality-ni taxtdan endirdi.
Yarımfinalda Falcons öz seçimi olan Anubis xəritəsini 16:14 hesabı ilə qazandı. Spirit isə buna öz seçimi olan Mirage xəritəsində 13:8 hesablı qələbə ilə cavab verdi.Həlledici Dust2 xəritəsi cari mövsümdə «Əjdahalar» üçün daha uğurlu idi. Spirit burada 20 qələbə qazanmış və cəmi 4 dəfə məğlub olmuşdu (83,3% qələbə faizi). «Şahinlər»in göstəriciləri isə xeyli təvazökar idi – 18 qələbə və 12 məğlubiyyət (60% qələbə faizi). Buna görə də Spirit ilk yarıda 7:5 hesabı ilə önə keçəndə, çoxları Falcons-un şanslarını artıq tükənmiş hesab edirdi. Lakin donk-un gözlənilmədən zəif performansı (0,89 reytinq) «Şahinlər»ə oyunu overtayma daşımağa imkan verdi. Daha sonra Falcons əlavə raundlarda rəqibinə heç bir şans vermədən üstünlük qazandı və matçı 16:12 hesabı ilə başa vurdu.
Qrand-final
Meycorun həlledici qarşılaşması Braziliya təmsilçisinin seçdiyi Mirage xəritəsi ilə başladı. Lakin bu, Falcons-un ilk dəqiqələrdən təşəbbüsü ələ almasına mane olmadı. Ardıcıl səkkiz raund məğlub olduqdan sonra FURIA nəhayət oyuna qayıda bildi və ilk yarıda dörd raund qazanaraq hesabı 8:4-ə çatdırdı. Fasilədən sonra isə «Şahinlər» hücum tərəfində də xal toplamağa davam etdilər və rəqiblərini 13:8 hesabı ilə məğlub edərək ilk xəritəni aktivlərinə yazdılar.
Öz seçimi olan Anubis xəritəsində Falcons ilk dörd raundu qazandı. Lakin daha sonra altı raundluq seriyanı rəqibinə verdi və ilk yarını 5:7 hesabı ilə geridə başa vurdu. Bununla belə, hücum tərəfində m0NESY və komanda yoldaşları rəqiblərinə cəmi bir raund qazandırdılar. Falcons oyunun gedişatını tam nəzarətə götürərək xəritəni yenidən 13:8 hesabı ilə öz xeyirlərinə başa vurdular.
Həlledici üçüncü xəritə olan Inferno-da braziliyalılar oyundan qopmağa başladılar. Hesab 3:3 olduqdan sonra Falcons üstünlüyü ələ keçirdi və artıq rəqibinə yaxınlaşmaq imkanı vermədi.Üçüncü xəritənin ən yaxşı oyunçusu 1,73 reytinqlə NiKo oldu. O, ilk meycor titulunun yaxınlaşdığını hiss edirmiş kimi çıxış edirdi. NiKo eyni zamanda 1,43 reytinqlə bütün final seriyasının da ən yaxşı oyunçusu seçildi. Bununla belə, turnirin bütün matçları nəzərə alınaraq MVP mükafatı 1,25 reytinq toplayan snayper m0NESY-yə təqdim olundu.
Falcons meycorun çempionu adını tamamilə haqq edərək qazandı. Komanda turnir ərzində NAVI, Vitality və Spirit də daxil olmaqla bütün əsas favoritləri məğlub etməyi bacardı.Burada 36 yaşlı kapitan karrigan-ın rolunu xüsusi qeyd etmək lazımdır. O, cəmi iki ay ərzində yeni komandaya qalib psixologiyasını aşılamağı və Falcons-da əsl çempion xarakteri formalaşdırmağı bacardı. FURIA isə finala gedən yolda nisbətən daha rahat turnir cədvəlindən yararlandı. Lakin qrand-finalda mövsümün ən yaxşı formasında olan Falcons ilə qarşılaşdıqda, komandalar arasındakı səviyyə fərqi göz önünə çıxdı və «Şahinlər» üstünlüklərini gözlənildiyi kimi təsdiqlədilər.