“Konami” şirkəti “eFootball” futbol simulyatoru ilə kult anime serialı olan “Naruto: Shippuden” arasındakı əməkdaşlığa həsr olunmuş xüsusi videoçarx yayımlayıb. Reklam kampaniyasının əsas ulduzu oyunun səfiri, tanınmış braziliyalı hücumçu Neymar olub.
Marketinq kampaniyası çərçivəsində futbolçu animenin baş qəhrəmanı — Naruto Uzumaki obrazında çıxış edib. Videoda oyunçunun bu obraza çevrilmə prosesi, o cümlədən orijinal kostyumun geyinilməsi və “green screen” (xromakey) önündəki çəkiliş kadrları nümayiş olunub.
Yeni video izləyicilərə treylerin istehsal prosesinin pərdəarxası məqamlarını görmək və Neymarın çəkiliş qrupu ilə qarşılıqlı münasibətini izləmək imkanı yaradır.