“PGL Astana 2026”: Qrup mərhələsinin 5-ci günü necə keçdi?

by Nigar Məmmədova
0 comments

Çərşənbə günü, 13 may tarixində CS2 üzrə “PGL Astana 2026” turnirinin qrup mərhələsində beşinci oyun günü başa çatdı. Gün ərzində keçirilən 3 həlledici qarşılaşma bəzi komandaların pley-offa yüksəlməsini, digərlərinin isə turnirlə vidalaşmasını rəsmiləşdirib. “Az-esports.com” günün nəticələrini yekunlaşdırıb.

Keçirilən matçlar və nəticələr (Beşinci raund):

  • Gentle Mates (GM) 0 : 2 magic
  • Monte 0 : 2 G2
  • The MongolZ 0 : 2 Aurora

Qrup mərhələsinin yekun cədvəli:

YerKomandaRaundlarFərqMatçlar
1Spirit96-71+253-0
29z91-68+233-0
3FURIA123-85+383-1
4MOUZ137-119+183-1
5Falcons114-105+93-1
6G2142-114+283-2
7Aurora126-107+193-2
8magic142-139+33-2
9The MongolZ151-142+92-3
10Gentle Mates141-143-22-3
11Monte98-123-252-3
12PARIVISION91-102-111-3
13HEROIC74-101-271-3
14The Huns69-105-361-3
15K2776-96-200-3
16Fisher College21-78-570-3

Beləliklə, magic, G2 EsportsAurora Gaming qrup mərhələsini iki məğlubiyyətlə tamamlayaraq pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Gentle Mates, MonteThe MongolZ isə iki qələbə ilə yarışı 9-11-ci yerlərdə başa vuraraq hər biri 20 000 dollar qazanıb.

“PGL Astana 2026” 9-17 may tarixləri arasında keçirilir. Turnirdə 16 kollektiv iştirak edir. Pley-off mərhələsi 15-17 may tarixlərində baş tutacaq. Bütün oyunlar “best-of-3” formatında keçirilir, çempionluq uğrunda həlledici final qarşılaşması isə “best-of-5” formatında olacaq. Tədbirin ümumi mükafat fondu 1 600 000 dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın