MESA təşkilatçıları Nomadic Masters Spring 2025 turnirinin yekun iştirakçı siyahısını açıqlayıb. Çin təmsilçisi TYLOO, Austin Major üçün viza problemlərinə görə turnirdə iştirak edə bilməyəcək və onların yerini Eruption komandası tutacaq.
Az-esports.com xəbər verir ki, TYLOO oyunçuları — Dunkay “Jee” Ji və Chen “Moseyuh” Qianhao — 29 aprel tarixində viza müsahibəsində iştirak etməli idilər və bu prosesin təxirə salınması mümkün olmayıb. Turnir isə artıq 30 apreldə başladığından, komanda yarışdan imtina etmək məcburiyyətində qalıb.
Eruption-un dəvət olunması
Başlanğıcda MESA, Shika komandasını (Çin kvalifikasiyası finalçısı) dəvət etməyi planlaşdırsa da, logistik problemlərə görə bu mümkün olmayıb. Buna görə Eruption, Monqolustanı təmsil edən ikinci komanda kimi yarışa qatılacaq.
Turnir setkası və ilk matçlar
Təşkilatçılar turnirin setkasını 7 aprel tarixli VRS reytinqinə əsasən yenidən tərtib edib və start oyunlarında dəyişiklik ediblər.
30 aprel tarixində Nomadic Masters Spring 2025 üçün oyun cədvəli:
- 07:00 – BIG vs Chinggis Warriors
- 10:00 – B8 Esports vs The Huns
- 13:00 – SAW vs JilleHao
- 16:00 – HEROIC vs Eruption