“PUBG: Battlegrounds” tərtibatçıları məşhur kooperativ şuter seriyası olan PAYDAY ilə əməkdaşlıq çərçivəsində yeni oyun rejimini elan etdilər. Bu kolaborasiya çərçivəsində oyuna xüsusi PVE rejimi əlavə olunacaq ki, burada əsas məqsəd miqyaslı qarətlərin təşkili və uğurla həyata keçirilməsidir.
Dərc olunmuş rəsmi treylerdən göründüyü kimi, yeni rejimdə bir neçə fərqli məkan təqdim olunacaq: bank filialları, brilyant məhəlləsi və magistral yol. Bütün bu ərazilərdə oyunçuları silahlı rəqiblərlə gərgin toqquşmalar gözləyir.
Oyun prosesi komandadan yüksək səviyyəli koordinasiya tələb edəcək: oyunçular əvvəlcə qəniməti ələ keçirməli, daha sonra isə düşmənin sıx atəşi altında ərazidən uzaqlaşmalıdırlar.
Xüsusi tədbirin startı iki mərhələdə baş tutacaq:
- PC platforması üçün — 13 may
- Konsollar üçün — 21 may