Parker HEROIC-dəki maaşların təfərrüatlarını açıqladı

by Nigar Məmmədova
0 comments

“HEROIC” komandasının “Dota 2” heyətinin keçmiş oyunçusu Devid “Parker” Niko Flores bloqer ElMacarius-un strimində qonaq olub. Yayım zamanı kiberidmançı komandanın saxlanılma xərcləri, oyunçuların maaşları və mükafat fondunun bölünməsi şərtləri barədə ətraflı məlumat verib.

Parker-in sözlərinə görə, “HEROIC” oyunçularının orta aylıq maaşı 9,000$ ilə 12,000$ arasında dəyişir. Lakin bu məbləğ heyətdəki bütün üzvlər üçün eyni deyil. Komandanın əsas özəyi sözügedən məbləği aldığı halda, Tailung kimi yeni gələnlərin maaşı 5,000$8,000$ civarında ola bilərdi.

Parker özünün maksimum qazancının 10,000$ olduğunu etiraf edib və vurğulayıb ki, müqavilədəki məbləğ birbaşa kiberidmançının formasından və “oyun anından” asılıdır.

Bundan əlavə, o qeyd edib ki, Braziliyada təşkil olunan “bootcamp” (təlim-məşq toplanışı) kluba ayda təxminən 15,000$20,000$ məbləğinə başa gəlirdi.

Turnirlərdə qazanılan mükafatların bölünməsinə gəldikdə isə, komandada böyük təşkilatlar üçün standart sayılan sxem tətbiq olunur:

  • 85% – oyunçular arasında bölünür. Hər bir üzv ümumi qazancın 15-18%-ni əldə edir.
  • 15% – təşkilatın payına düşür.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın