“Valve” “BC.Game” üçün istisna etdi — s1mple-ın komandası “PGL Singapore Major 2026″da iştirak edə biləcək

0 comments

“Valve” şirkəti Aleksandr “s1mple” Kostılevin təmsil olunduğu “BC.Game” komandasına “PGL Singapore Major 2026” turnirinə dəvəti Asiya regionu vasitəsilə almağa icazə verib.

Yenilənmiş qayda şirkətin “GitHub” səhifəsində dərc olunub: “BC.Game komandası (asap, Magisk, mzinho, s1mple, Senzu) Asiya regionuna təhkim olunub və Meycor yarışına dəvət almaq hüququna malikdir”.

Qaydalar və “Valve”in qərarı

Xatırladaq ki, dünən “Valve” yeni qaydalara əsasən heyətin yalnız o halda regional siyahıya daxil edilə biləcəyini bəyan etmişdi ki, o, əvvəlki üç təqvim ayı ərzində başqa heç bir regionun “VRS” siyahısında yer almamış olsun.

Bu bəyanatdan sonra “HLTV” portalına verdikləri şərhdə “Valve” nümayəndələri komandalara turnir operatorları ilə əlaqə saxlayaraq bu məsələni həll etməyi məsləhət görmüşdülər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın