Vitality BLAST Rivals Season 1 2026-nın çempionu oldu: NAVI üzərində mütləq üstünlük

by Nigar Məmmədova
0 comments

Vitality” komandası “NAVI” üzərində növbəti qələbəsini qazanaraq daha bir kuboku muzeyinə apardı. Final qarşılaşmasında rəqibinə bir xəritə belə verməyən “Vitality”, turniri mütləq üstünlüklə başa vurdu:

  • Nuke (Vitality-nin seçimi) — 16:12
  • Anubis (NAVI-nin seçimi) — 13:11
  • Dust2 (Vitality-nin seçimi) — 13:3

Bu, “Vitality”nin cari ildə ardıcıl beşinci turnir qələbəsidir. Keçən mövsümün rekordunu qırmaq üçün komandanın qarşısında cəmi iki hədəf qalıb: “IEM Atlanta 2026” və “IEM Cologne Major 2026”.

Fransa təşkilatı hazırda qrand-finallarda ardıcıl 15 qalibiyyət seriyası (xəritə üzrə) ilə inanılmaz bir göstəriciyə imza atır. Onlar sonuncu dəfə final mərhələsində xəritəni “IEM Krakow 2026” turnirində “FURIA”ya qarşı uduzublar. Həmin vaxtdan bəri heç bir final qarşılaşmasında rəqiblərinə xəritə verməyiblər.

Turnirin MVP-si adına yenə də ZywOo layiq görüldü. Bu, ulduz oyunçunun karyerasındakı 32-ci MVP medalıdır. Bu göstərici ilə ZywOo “Counter-Strike” tarixində ən çox fərdi MVP mükafatı qazanan oyunçu kimi adını tarixə qızıl hərflərlə yazdırdı.

Vitality BLAST Rivals Season 1 2026-nın çempionu oldu: NAVI üzərində mütləq üstünlük

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın